MACƏRALAR

besakih

Kinatamani Besakih Tour

Tam günlük tur : səyahətimiz ilk olaraq Ubud bölgəsi ilə başlayır. Ubud bütün dünyada möhtəşəm görüntüyə sahib olan pilləli çəktik tarlaları ilə məşhurdur. İkinci istiqamətimizdə qonaqlarımız Kintamani dağının ətəyindən qarşıdakı aktivliyini hələ də qoruyan Batur vulkanını, eyni adlı vulkanik mənşəli gölü və geniş vadiləri seyr etmə imkanı əldə edəcəklər. Səyahətimiz Agung dağı ətəyində yerləşən Balinin ən qədim və ən böyük induist ziyarətgahı olan Besakih məbədinə ziyarətlə davam edəcək. Səfərimiz Balinin koloniyadan əvvəlki dövrünə məxsus Kulungkung əyalətində yerləşən Kertagosa məhkmə sarayına səfərlə başa çatacaq. Günün sonunda qonaqlarımız otelə gətiriləcək.booking

Uluwatu Turu (3 saat)

Yarım gündən az bir vaxtı əhatə edən Uluvatu turu Hind okeanının dalğalarını döydüyü uca qayalıqlar başında yerləşən qədim Uluvatu Məbədinə səfərdən ibarətdir. Siz məbəddən həm əsrarəngiz gün batımını (hava şəraiti uyğun olarsa) həm də məbədin sakinlərinə çevrilmiş meymun sürülərini seyr etmək imkanı əldə edəcəksiniz.

booking

uluwatu
kintamani

KINTAMANI UBUD TURU


Tam günlük Kintamani turu nəhəng və aktiv Batur vulkanına səfərlə başlayır. Səfərimiz Goa Gajah arxealoji fil mağarasına və daşdan yonulmuş heykəlləri ilə məşhur olan Gunung Kavi məbədinə ziyarətlə davam edəcək. Səyahətimizin son dayanacağı isə Bali kənd həyatı ilə yaxından tanış olmaq üçün qədim Bali kəndi Pengelipuranda olacaq.

booking

KUTA TURU (3 Saat)

Kuta yaxın keçmişdə Bali adasının balıqçılıqda məşğul olan sakit bölgələrində biri idi. Bu gün Kuta həm təmiz və gözəl çimərliyi, həm də məşhur restoran, klub və barları ilə Balinin ən çox turist qəbul edən məkanlarından birinə çevrilmişdir. .
booking
kuta
bedugul_512

Bedugul Mengwi Tanah Lot Tour

Full day tour : Tam Günlük Tur : Turumuz Mengvidə yerləşən Taman Ayun məbədinə və zanbaqlarla əhatələnmiş kral bağçasını səyahətlə başlayır. Növbəti səfərimiz dağ yamacında yerləşən Bratan gölünə və içindən ilıq mavi su çıxan Ulun Danu geyzerinə olacaq. Səyahətimiz okean sahilindən 200 metr uzaqlıqda suda yerləşən Tanah Lot məbədinə səfərlə sonlandırılacaqdır. Tanah Lot dünyanın ən gözəl günbatımına məxsus məkanlarından biridir.booking

KECAK DANCE TOUR

Balidə istirahətiniz zamanı gecənizi qeyri-adi bir tamaşa, məşhur Bali rəqs tamaşası olan Keçak Rəqsi ilə əyləncəli keçirmə imkanı. Qədim hind epik əsəri olan Ramayana eposunun sujetleri əks etdirən Kecak rəqsi 100 oğlan tərəfindən xor şəklində ifa edilir. Keçak Rəqsinə bəzən meymun rəqsi də deyilir. .

booking

kecak
bajra_sandhi

DENPASAR ŞƏHƏR TURU (3 Saat)


Şəhər turumuz Balinin ən gözəl və ən qədim sənət əsərlərinin saxlandığı Bali muzeyinə səfərlə başlayır. Turumuz yerli məmulatların satıldığı bazara və məşhur Bajra Sandi abidəsinə səfərlə bitəcəkdir
booking

Tanah Lot Mengwi Tour

Turumuz saat 14.30-da başlayır. Müqəddəs meymun meşəsi olaraq tanınan Alas Kedaton turumuzun ilk dayanacağıdır. Səfərimizin növbəti məkanı Mengavidə yerləşən ən mühüm məbədlərində biri olan Taman Ayun olacaq. Səfərimiz okeanın sahilinə 200 metr yaxınlıqda, suda yerləşən qaya üzərində tikilmiş Balinin simvolu sayılan Tanah Lot məbədini ziyarət və oradan möhtəşəm günbatımını seyr etməklə sonlandırılacaq.

booking

tanah_lot

bali_safari

SAFARI EXPLORE

Bu paketdə qonaqlarımızı 100-dən çox heyvandan ibarət Bali Safari Marine Parkda aktiv vəhşi həyatı görmək imkanı əldə edəcəklər. Bu paketi sifariş etməklə siz Safari səyahətini, şirləri yaxından görmə və Akvariumda rəngarəng sualti aləmlə tanış olma imkanı ilə yanşı Water Parka və Fun Zone Ridesa giriş əldə edəcəksiniz.

booking





Buterflies - Batukaro - Jati Luwih Tour

Tam Günlük Tur : tropikal aləmin əsrarəngiz landşaftını kəşf etmə imkanı. İndoneziyanın müxtəlif adalarından gətirilmiş rəngarəng və nadir kəpənəklərin məskəni Bali Kəpənək Parkına səyahət. Batukaru dağı yamaclarına Pura Luhura və Tabanan məbəd məhkəməsinə səyahət. Sonda dar cığırların ardındakı qədim Bali kəndi Jati Luvihə səfər.

booking

jatiluwih
The Bintang Flores Hotel
Labuan Bajo

Geniş tropik bağların əhatəsində yerləşən The Bintang Flores Hotel müasir şəraiti və beynəlxalq standartlara uyğun xidməti ilə qonaqlarını salamlayır. Otelin böyük hovuzu, müxtəlif su idman növləri və macralarından istifadə edə biləcəyiniz qapalı ağ qumlu çimərliyi var. Hər bir otaqda kral çarpayısı, TV kabel, çay və qəhvə düzəltmək üçün ləvazimatlar, mini bar, telefon, kondisioner, dəyərli əşya və pulları saxlamaq üçün mini seyfi var.

The Bintang Flores Hotel

Puri Saron Seminyak
Jl. Camplung Tanduk Seminyak

Seminyakda yerləşən Puri Saron Hotel qonaqlarına geniş imkanlarda tətil təklif edir. Otelimiz sizlərə ev rahatlığı ilə yanaşı, iş görüşmələri və konfranslar üçün geniş zal, uşaq və otaq xidməti, pul dəyişmə və bilet satışı məntəqəsi, faks göndərmə mərkəzi, çimərliyi, böyük hovuzu, restoran və bar xidməti ilə geniş seçim imkanı verir. Otelimiz öz rahat və fantastik məkanı, görkəmli otaq şəraiti və yüksək xidməti ilə İndoneziyanın ən yaxşı otellərindən biridir.

Puri Saron Seminyak

Aston Legend Sanur
Jl. Cemara No 33, Sanur

Aston Legend Sanur sakit və rahat bir məkan olan Sanur bölgəsində yerləşir. İstirahət mərkəzinin özəl hovuzlu bir, iki, üç yataqotaqlı, mətbəxi, qonaq otağı, tropical bağçası olan 6 villası vardır. Hər bir villa Bali və Yava üslubunda dizayn olunmuşdur.

Aston Legend Sanur

Taman Ayu Cottages
Jl. Raya Petitenget Kerobokan Kuta Bali

Balini dərin gözəlliklərini tanımaq bir addım Yeni Taman Ayu Cottage bir addım qədər yaxınlıqdadır. Şəxsi hovuzlu yeni villalar, super deluxe, deluxe otaqlar ekzotik tropik bağlar və mütləq qonaqpərvərlik sizləri gözləyir. Bu zərif mühit 2 ayrı Bali üslubunda inşa edilmişdir. Qonaq otaqları rahat və təmiz mebel ilə bəzədilmişdir. Gülərüz heyəti və yüksək səviyyəli qonaqpərvərliklə otelimiz qonaqlarına unudulmaz bir Bali təcrübəsi yaşatmağa tam şəkildə hazırdır.

Taman Ayu Cottages

The Aston Niu Manokwari Hotel and Conference Center
The Aston Niu Manokwari Hotel and Conference Center

The Aston Niu Manokwari Hotel and Conference Center Şərqi Papuanın 4 ulduzlu möhtəşəm otellərindən biridir. Aston Niu qonaqlarına geniş konfrans zalları ilə yanaşı açıq hovuzunu, gözəl okean mənzərəsini və dam üstündə yerləşən xüsusi atmosferli kafesini təqdim edir.

The Aston Niu Manokwari Hotel and Conference Center

4 GÜN/ 3 GECƏ ESSENCE XÜSUSİ PAKET

4 GÜN/ 3 GECƏ ESSENCE XÜSUSİ PAKET

4 GÜN/ 3 GECƏ ESSENCE XÜSUSİ PAKET
3D2N Komodo & Rinca Trails 2 Nights at Hotel and 1 Local Boat Day Trip

3D2N Komodo & Rinca Trails 2 Nights at Hotel and 1 Local Boat Day Trip

3D2N Komodo & Rinca Trails 2 Nights at Hotel and 1 Local Boat Day Trip
PACKAGE BUGIS - TORAJA TOUR (5 DAYS/ 4 NIGHTS)

PACKAGE BUGIS - TORAJA TOUR (5 DAYS/ 4 NIGHTS)

Totaja,makasar,bugis,Batutumonga,Bori,Suaya,Londa,Lemo,Sulawesi,celebes,anoa,tour
3 GÜN-2 GECƏ-SİNQAPUR ŞƏHƏR TURU

3 GÜN-2 GECƏ-SİNQAPUR ŞƏHƏR TURU

3 GÜN-2 GECƏ-SİNQAPUR ŞƏHƏR TURU
4 Days 3 Nights Manado Hot Packages

4 Days 3 Nights Manado Hot Packages

4 Days 3 Nights Manado Hot Packages
5 GÜN / 4 GECƏ TAM BALİ TURU

5 GÜN / 4 GECƏ TAM BALİ TURU

5 GÜN / 4 GECƏ TAM BALİ TURU
Takaga Spa

Takaga Spa

Takaga Spa
Grand Puncak Sari Restaurant

Grand Puncak Sari Restaurant

Grand Puncak Sari Restaurant
Windu Sara Restaurant

Windu Sara Restaurant

Windu Sara Restaurant
Tamnan Bhagawan

Tamnan Bhagawan

Taman Bhagawan